Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 16:24
Bakı. Trend:
"Prema" komandasının üzvü, "Formula 1" avtoyarışları kateqoriyasında yeddiqat dünya çempionu olan Almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer İspaniyada "Formula 2" seriyasının başa çatan altıncı mərhələsinin ikinci yarışında üçüncü yeri tutub.
Trend-in məlumatına görə, yarışların qalibi "MP Motosport" komandasının braziliyalı pilotu Felipe Druqoviç olub, ikinci yeri isə italiyalı "Hitech GP" komandasının pilotu Luka Qyoto qazanıb.
Altı mərhələdən sonra "UNİ-Virtuosi" komandasından olan britaniyalı Kallum Aylott 121 xalla liderdir. İkinci yerdə Şvarsman (103), üçüncü yerdə daniyalı "ART" nümayəndəsi Kristian Lundqor (87) gəlirlər.
Formula 3-ün növbəti mərhələsi 28-30 avqust tarixlərində Belçikada baş tutacaq.