Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 112 nəfər koronavirusa yoluxdu, 178 nəfər sağaldı

Azərbaycanda 112 nəfər koronavirusa yoluxdu, 178 nəfər sağaldı

Tarix: 16 Avqust 2020 16:54

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 838 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər koronavirusa yoluxdu nəfər sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ