Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 23:34
"Mançester Siti" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Lyon-a 1:3 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu, "şəhərlilər"in futbolçusu David Silvanın klubdakı son oyunu olub.
Bir müddət əvvəl Silva klubla mövsümün sonunda bitən müqaviləsini yeniləmədiyini açıqlamışdı. Fransa klubu ilə oyundakı məğlubiyyətlə Silvanın "Mançester Siti"-dəki 10 illik karyerası başa çatıb. İspaniyalı futbolçu "Mançester Siti"-yə 2010-cu ildə "Valensiya"dan transfer olunmuşdu.
34 yaşlı futbolçunun "Lazio"ya transfer olunacağı gözlənilir.