Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azər Türk Bank yeni kampaniyaya başlayır

Azər Türk Bank yeni kampaniyaya başlayır

Tarix: 17 Avqust 2020 14:28

Bakı. Trend:

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank istehlak kreditləri və kartlar üzrə yeni kampaniyaya start verir.

17 avqust – 30 sentyabr tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 16%-dən başlayır.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Bank həmçinin 17-31 avqust tarixləri arası debet kartlarını dəyərinin 50 faizi həcmində endirimlə təklif edəcəkdir.

Eləcə də, bu tarixlərdə kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.

Tələbələr bu kampaniya ərzində MC Debit kartlarını pulsuz əldə edə biləcəklər.

Kart almaq üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.

Azər Türk Bank yeni kampaniyaya başlayır - Gallery Image Azər Türk Bank yeni kampaniyaya başlayır - Gallery Image


Etiketlər:  Azər Türk Bank yeni kampaniyaya başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ