Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qələt edib deyirsən ''mən beləyəm'''' - Flora Kərimova

''Qələt edib deyirsən ''mən beləyəm'''' - Flora Kərimova

Tarix: 17 Avqust 2020 16:05

Müğənnilərin tək oxumağı yox, intelektual səviyyəsi olmalıdır. Hər birimiz millətin nüfuzudur. Dediyimiz sözə, atdığımız addıma fikir və hesabat vermək borcumuzdur.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Ən yaxşısı" verilişində deyib. Müğənni sənət adamlarına səslənib.

Kərimova, eyni zamanda, müğənniləri tənqid edən və qısqanc kişilərdən də söz açıb:

"Qələt edib deyirsən "mən beləyəm". Dilinin, millətinin qədrini bilməlisən. Buna görə də kişilərə səslənirəm ki, qısqananda, danışanda sözünüzə fikir verin. Siz Azərbaycan qadını, millətini təmsil edən xanım haqda danışırsınız. Nə qədər qısqanırsınızsa, o qədər ehtiyatlı olun. Qoyun papağınızı qarşınıza, fikirləşin".


Etiketlər:  Qələt edib deyirsən mən beləyəm Flora Kərimova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ