Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 15:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanıstan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".