Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

25 nəfər ədliyyə orqanlarından xaric olunub - Nazirlik

25 nəfər ədliyyə orqanlarından xaric olunub - Nazirlik

Tarix: 18 Avqust 2020 19:18

Bakı. Trend:

Son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib. 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb.

Həmçinin bu ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb.


Etiketlər:  nəfər ədliyyə orqanlarından xaric olunub Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ