Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 09:46
Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan “Lion” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparan “Altay”ın oyunçusu Cenk Özkacarı transfer edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Liqa 1 klubu türkiyəli futbolçuya görə “Altay”a 1 milyon 500 min avro ödəyib. Bundan əlavə, müqavilənin şərtlərinə görə, C.Özkacar hər hansı bir kluba keçəcəyi təqdirdə transfer haqqının 1/10-i “Altay”ın payına düşəcək.
Qeyd edək ki, C.Özkacar 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin də üzvüdür.
Xatırladaq ki, “Lion” bu gün Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə qarşılaşacaq.