Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan "Qarabağ"ın qələbəsi ilə irəlilədi - UEFA reytinqi

Azərbaycan

Tarix: 19 Avqust 2020 11:04

Avrokuboklarda 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, keçirilən 6 oyundan sonra cədvəldə dəyişikliklər olub.

Çempionlar Liqasında 1-ci turda ötən gün “Sileks”ə (Şimali Makedoniya) 4 cavabsız qolla qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib.

Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna məğlubiyyəti (3:6) səbəb olub.

Ölkəmizi Qazaxıstan (25), Norveç (26) və Rumıniya (27) izləyir. 23-cü yerdə olan Bolqarıstan isə Azərbaycanı 1.625 xal qabaqlayır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür
 


Etiketlər:  Azərbaycan Qarabağın qələbəsi ilə irəlilədi UEFA reytinqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ