Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT TŞ Oman körfəzində tankerlərə hücumu pisləyib

BMT TŞ Oman körfəzində tankerlərə hücumu pisləyib

Tarix: 25 Iyun 2019 10:04

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Oman körfəzində tankerlərə hücumu pisləyib və bunu təhlükəsizliyə təhdid adlandırıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Küveytin BMT yanında daimi nümayəndəsi Mənsur Əl-Otaibi deyib.

M.Əl-Otaibi bildirib: "Təhlükəsizlik Şurasının üzvləri dəniz naviqasiya və enerji üçün ciddi təhlükə kəsb edən neft tankerlərinə hücumu pisləyib".

Daimi nümayəndənin sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün iştirakçı və region ölkələrini maksimum təmkinli olmağa və gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oman körfəzində tankerlərə hücumu pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ