Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda pandemiya dövründə bu məhsulların istehsalı artıb

Azərbaycanda pandemiya dövründə bu məhsulların istehsalı artıb

Tarix: 19 Avqust 2020 21:12

2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,8 faiz, elektrik avadanlıqlarının istehsalında isə 5,1 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,3 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə artıb.


Etiketlər:  Azərbaycanda pandemiya dövründə məhsulların istehsalı artıb


RƏYLƏR