Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Notepad++” redaktoru Çində bloklanıb

“Notepad++” redaktoru Çində bloklanıb

Tarix: 20 Avqust 2020 07:32

Çində "Notepad++" ödənişsiz mətn redaktoru və proqramın saytı bloklanıb. Proqramın yeniləməsində ölkənin uyğur əhalisinə və Honkonqdakı etirazlara dəstək aşkar edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çin hakimiyyəti "Notepad++" mətn redaktorunu və onun saytını bloklayıb. Bloklanmanın səbəbi izah edilməyib, ancaq bir neçə nəşr eyni anda bildirib ki, bu, proqramın yeniləməsi ilə bağlıdır. Proqramın adında və mənbə kodunda "Free Uyghur" ("Uyğurlara azadlıq") və "Stand With Hong Kong" ("Honkonqu dəstəkləyirik") sözləri aşkar edilib.
 
2003-cü ildə hazırlanmış proqram fransalı proqramçı Don Xo tərəfindən işlənib hazırlanıb. Ödənişsiz olan "Notepad++" mətn redaktoru "Windows" sisteminin idarəetməsi altında işləyir və təxminən 90 dil dəstəkləyir. Son yeniləmədə proqramın yaradıcıları Çində insan hüquqları ilə bağlı öz narahatlıqlarını ifadə ediblər.

Milli.Az


Etiketlər:  Notepad redaktoru Çində bloklanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ