Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google Meet” videozəngləri televizor ekranlarına translyasiya ediləcək

“Google Meet” videozəngləri televizor ekranlarına translyasiya ediləcək

Tarix: 20 Avqust 2020 08:12

"Google Meet" videozəngləri televizor ekranlarına translyasiya ediləcək
 
"Google" şirkəti populyarlaşmaqda olan "Google Meet" videokonfranslar servisi üçün növbəti yeniliyi istifadəyə verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət "Chromecast" rəqəmli mediapleyeri vasitəsilə "Google Meet" videozənglərini televizor ekranlarına translyasiya etməyə imkan verən yeniləməni yaymağa başlayıb.
 
Məlumata görə, iş üçün "Chromecast" qurğusuna qoşulmuş kompüter və televizor və ya "Chromecast" texnologiyasının quraşdırıldığı televizor/ekran tələb olunacaq. Kompüterdə "Chrome" brauzerinin ən son versiyasının quraşdırılması mütləqdir.
 
Qeyd edək ki, televizora translyasiya zamanı konfrans üçün səs və video kompüterin kamera və mikrofonu vasitəsilə qeydə alınacaq. Yeni videogörüşün translyasiyasına başlamaq, eləcə də davam edən videozəngi böyük ekrana köçürmək mümkündür.

Milli.Az


Etiketlər:  Google Meet videozəngləri televizor ekranlarına translyasiya ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ