Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 14:36
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin növbəti oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, keçirilən 11 matçın nəticəsi ölkələrin reytinqində dəyişikliklərə səbəb olub. Azərbaycan da ötən günlə müqayisədə iki pillə geriləyib.
Ölkəmiz 14,750 xalla 26-cı yerdə qərarlaşıb. Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.
Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.
Xatırladaq ki, "Qarabağ" "Sileks"ə 4:0 hesabı ilə qalib gəldikdən sonra Azərbaycan 24-cü pilləyə yüksəlmişdi.