Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"yə qarşı sakit başla oynamaq istəyirik" - "Şkupi"nin futbolçusu

Tarix: 20 Avqust 2020 16:14

"Son iki oyunda qazandığımız nəticələrdən sonra komandada müsbət ab-hava var. Çətin olsa da, son matçda 3 xal qazana bildik. Üzərimizdə təzyiq var idi, amma inamlı qələbə qazandıq".

Qol.az xəbər verir ki, bu sözləri Makedoniya "Şkupi"sinin futbolçusu Faton Yusufi klubun saytına açıqlamasında deyib.

O, qarşıdakı oyunda da qalib gələrək Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Neftçi" ilə qarşılaşmasına yüksək əhval-ruhiyyədə çıxmaq istədiklərini bildirib: "Bakıda sakit başla keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Şkupi" oyunu saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Neftçiyə qarşı sakit başla oynamaq istəyirik Şkupinin futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ