Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 17:18
“Keşlə” növbəti transferini reallaşdırıb.
Qol.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.
20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq. Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.
Qeyd edək ki, “Keşlə” yay fasiləsində həmçinin Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov və Artur Batista de Souzanı heyətinə qatıb.