Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya əhalisinin təxminən 40 %-i videooyun həvəskarıdır

Dünya əhalisinin təxminən 40 %-i videooyun həvəskarıdır

Tarix: 20 Avqust 2020 20:32

Dünya əhalisinin təxminən 40 %-i videooyun həvəskarıdır.

Bu qənaətə "DFC Intelligence" şirkətinin araşdırmaçıları gəlib.

Məlumata görə, 8 milyardlıq dünya əhalisinin təqribən 3,1 milyardı mütəmadi videooyun oynayır.

Bildirilib ki, onların yarısı stasionar kompüterlərdən oynayırlar. Bununla birgə mobil oyun bazarı da genişlənir və smartfon oyunları daha da populyarlaşır. Qeyd olunub ki, oyun konsollarından istifadə edənlərin sayı elə də çox deyil: təqribən 250 milyon insan, yəni oyunçuların 8 %-i.

Milli.Az techland.az-a istinadən bildirir ki, şirkət həm də bölgələr üzrə bazarı araşdırıb: dünyada ən çox geymer Asiyadadır - 1,41 milyard. Daha sonra Avropa (668 milyon), Latın Amerikası (383 milyon) və Şimali Amerika (261 milyon) gəlir. Araşdırmaya əsasən, mobil geymerlərin dünya üzrə nisbəti də təqribən eynidir.

Milli.Az


Etiketlər:  Dünya əhalisinin təxminən 40 i videooyun həvəskarıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ