Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coinbase bitcoin girovu ilə kredit verəcək

Coinbase bitcoin girovu ilə kredit verəcək

Tarix: 20 Avqust 2020 21:32

Amerikanın ən böyük kriptovalyuta birjası olan Coinbase bitcoin girovu əsasında ABŞ dolları ilə kredit verməyi planlaşdırır. Coinbase Borrow adlı xidmətdən hələ ki, yalnız ABŞ-ın 17 ştatının sakinləri istifadə edə biləcəklər. Kreditin verilməsi şərtləri:

Kredit birja hesabında olan bitcoin-in dəyərinin 30%-i həcmində verilir
Kreditin maksimal məbləği 20.000 dollar
Faiz dərəcəsi - 8%
Müddət - 12 ay
Müştərilərə anket doldurmaq və ya kredit üzrə ödəniş qabiliyyətliliyin yoxlamasından keçmək üçün vaxt sərf etmək lazım deyil. Müraciətçilər 3 gün ərzində vəsait ala biləcəklər. Coinbase hesab edir ki, Coinbase Borrow xidməti çoxları üçün bitcoin satmadan təcili nağd pul ehtiyacını ödəmək üçün yaxşı bir fürsət olacaqdır.


Etiketlər:  Coinbase bitcoin girovu ilə kredit verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ