Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi "Barselona"dan AYRILIR?

Messi

Tarix: 21 Avqust 2020 07:22

İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Lionel Messi baş məşqçi Ronald Kuman ilə söhbətində komandadan ayrılmağı düşündüyünü bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın "Rac1" radiostansiyası xəbər verib.

Məlumata əsasən, görüş futbolçunun evində baş tutub. Görüş zamanı hücumçu növbəti mövsüm üçün planlarını bölüşdü. Argentinalı oyunçu etiraf edib ki, Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın "Bavariya" sına məğlub olduqdan (2:8) sonra "Barselona" üçün aydın bir gələcək görmədiyi vəziyyətdən narahat və narazıdır.

Klub rəhbərliyi görüşlə bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Messi Barselonadan AYRILIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ