Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 08:36
Bakı. Trend:
Avqustun 13-dən 20-dək Yaponiyanın paytaxtı Tokioda müşahidə edilən isti havalar səbəbindən ən azı 17 nəfər ölüb, ayın əvvəlindən bu günə qədər ölənlərin sayı 148-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.
Qeyd olunub ki, yeni ölüm halları 40-90 yaşlı insanlar arasında qeydə alınıb və rekord istinin qurbanlarının əksəriyyəti 70 yaşdan yuxarı insanlardır.
Keçən il ölkədə isti havadan 126 nəfər ölüb, 70 mindən çox insan xəsarət alıb.