Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 15:42
Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 180-dən çox şəxsə səyyar ASAN xidmət göstərilib.
ASAN xidmətdən Trend-ə verilən məlumata görə, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.