Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 18:20
Bakı. Samir Əli -Trend:
90 nəfərə yaxın COVİD-19 xəstəliyindən sağalan şəxs koronavirus xəstələrinə qan vermək üçün müraciət edib.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, həmin şəxslər yoxlanılıb və 79 nəfərin qan verməsinə icazə verilib: " Həmin şəxslərdən götürülən qanla 231 plazma hazırlanıb. Bu plazmalar 179 xəstənin müalicəsinə istifadə olunub".