Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 11:42
“Barselona”nın futbolçusu İvan Rakitiç keçmiş klubu “Sevilya”nı Avropa Liqasının qalibi olması münasibəti ilə fərqli formada təbrik edib.
Qol.az xəbər verir ki, o, Xorvatiya kanallarının birinə canlı bağlantı ilə qoşulub. 32 yaşlı yarımmüdafiəçi bu zaman paltarlı vəziyyətdə özünü hovuza atıb və bununla "Sevilya"nı təbrik etmək istədiyini söyləyib.
Qeyd edək ki, “Sevilya” ötən gecə “İnter”ə 3:2 hesabı ilə qalib gəlməklə turnirin çempionu adını qazanıb. İ.Rakitiç 2011/14-cü illərdə bu komandada çıxış edib.