Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 15:48
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan Monteneqroya birbaşa sərmayələr yatıran əsas xarici investordur.
Trend-in məlumatına görə, bunu Monteneqronun baş naziri Duşko Markoviç Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib.
Onun sözlərinə görə, Monteneqroda Azərbaycan kapitalı ilə yaradılmış bank uğurlu nəticələr göstərir:
“Hazırda Azərbaycan Monteneqroda Portonovi layihəsinə 260 milyon avro investisiya yatırıb. Bundan başqa, ölkələrimiz enerji sahəsində, TAP və IAP kimi qaz kəməri layihələrinin reallaşdırılmasında əməkdaşlıq edir”.
Baş nazir əlavə edib ki, Monteneqro Azərbaycanı aqrar-sənaye kompleksi, nəqliyyat kimi sahələrə investisiya qoymağa dəvət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin