Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AYNA Balakəndə 10 milyona kanat yolu çəkir

AYNA Balakəndə 10 milyona kanat yolu çəkir

Tarix: 8 Dekabr 2025 19:12

Balakən rayonunda kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı "Archico" şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına 10 421 760 manat sərf olunacaq.

Daha əvvəl isə AYNA layihələndirmə işlərinin icrasını "ArchiCO Project" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsinin maliyyə dəyəri 1 209 500 manat olub.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin may ayında Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.


Etiketlər:  AYNA Balakəndə milyona kanat yolu çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ