Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayan ölümlə üz-üzə qaldı

Ayan ölümlə üz-üzə qaldı

Tarix: 8 Dekabr 2025 18:25

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı ağır həyati təhlükə barədə danışıb.

Sonxeber.net xəbər verir ki, o, "Afaqla 10lar" verilişində qonaq olarkən həmin qorxulu günləri xatırladığını bildirib.

Ayanın sözlərinə görə, tanımadığı bir şəxs onun haqqında "bir həftə içində həyatdan köçəcək" kimi fikir səsləndirdikdən sonra vəziyyəti psixoloji olaraq gərginləşib. Bir neçə gün sonra isə o, qəfil olaraq huşunu itirib və təcili şəkildə klinikaya aparılıb.

Bütün tibbi yoxlamaların normal nəticə verməsinə baxmayaraq, müğənninin vəziyyətinə səbəb tapılmayıb. Ayan həmin zaman 17 saniyəlik kliniki ölüm keçirdiyini, ürəyinin tam olaraq dayandığını deyib. Onun sözlərinə görə, daxili allergiya yaranmış, nəfəs almaqda ciddi çətinlik çəkmiş, hətta su içə bilməyəcək vəziyyətə düşmüşdü.

Sənətçi bu halın o dövrdə yaşadığı dərin stresdən qaynaqlandığını vurğulayıb:
"Çox gənc idim, ağır günlərdən keçirdim. Öz səsim belə başımı ağrıdırdı. Hər gün Allaha şükür edirəm ki, həyatımı qorudu, övladıma qovuşmağı mənə nəsib etdi".

Ayan Babakişiyevanın bu açıqlaması sosial şəbəkələrdə də diqqət çəkib və geniş müzakirələrə səbəb olub.

Musa


Etiketlər:  Ayan ölümlə üzə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ