Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 14:05
Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə hesabında 79 yaşlı anasının görüntüsünü paylaşıb.
Sonxeber.net xəbər verir ki, 56 yaşlı Lopez paylaşımına "Lupinator məşqlərə gələndə..." qeydini əlavə edib.
Müğənninin anası Qvadalupe Rodrigesin 79 yaşında bu qədər gümrah və formada görünməsi izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Puerto-Rikoda doğulan Rodriges daha sonra Nyu-Yorka köçüb. O, 20 yaşında ailə qurub və 25 yaşına qədər artıq üç qız övladı dünyaya gətirib.