Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 13:58
"Ayaks" komandasının iki əsas futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ" ilə keçirəcəyi oyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Sonxeber.net xəbər verir ki, bu barədə klubun baş məşqçisi Fred Qrim açıqlama verib. O bildirib ki, komandanın 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylorun vəziyyəti barədə son qərarı həkimlər verəcək.
Bundan əlavə, "Ayaks"ın əsas hücumçusu Vaut Veqhorst Niderland çempionatında "Fortuna" ilə görüşdə (3:1) zədələnərək birinci hissədə oyunu tərk edib. Onun da Bakıda "Qarabağ" ilə qarşılaşmada oynayıb-oynamayacağı dəqiq deyil.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.