Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir? - Nazir açıqladı

Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir? - Nazir açıqladı

Tarix: 8 Dekabr 2025 14:57

Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkəmiz dəvəti alan ilk ölkələrdən biri olub.

"Lakin bizi maraqlandıran məsələlərlə bağlı sorğular göndərmişik. Suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur", - nazir vurğulayıb.


Etiketlər:  Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir Nazir açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ