Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbnəm-Vəfa qalmaqalı yenidən ''ALOVLANDI'' - efirdə özündən çıxdı - VİDEO

Şəbnəm-Vəfa qalmaqalı yenidən ''ALOVLANDI'' - efirdə özündən çıxdı - VİDEO

Tarix: 8 Dekabr 2025 15:55

Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində gərgin anlar yaşayıb.

Sonxeber.net xəbər verir ki, o uzun müddət qalmaqal yaşadığı və qısa zaman öncə barışdığı həmkarı Vəfa Şərifovaya əsəbləşib.

Özündən çıxan sənətçi bunları deyib:

"Prodüserim böyük narazılıqla mənə yazır ki, sən efirə çıxmısan, yoxsa kiminsə reklamı gedir? Düz də deyir. Mənim burada olanlardan qətiyyən xəbərim olmayıb. Niyə mənə belə yazılmalıdır? Bunu niyə edirsiniz? Bir məqsəd var ki, açıq deyəcəyəm, kiminsə inciməyindən asılı olmayaraq. Heç kimin yanında başıaşağı deyiləm. Burada rəsmən o xanımın (Vəfa Şərifova) mənim üzərimdən reklamı gedir. Qəsdən edilir. İllərdir davam edir, artıq dayanın! Mən dayanmışam, bunlar dayanmır.

Bəlkə, o xanımın da xəbəri yoxdur. Ancaq yoxdursa, bu cür oyun kimə gərəkdir?".


Etiketlər:  Şəbnəm Vəfa qalmaqalı yenidən ALOVLANDI efirdə özündən çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ