Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 17:52
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlayır.
Sonxeber.net xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi- praktik konfransdakı çıxışında bildirib.
"Ölkədə 1 milyarddan çox data vahidinin cəmiyyətə açıq olması, özəl sektorun, startapların, elmi-tədqiqat müəssisələrinin bu data vahidlərindən istifadə edərək süni intellekt modellərini formalaşdırması üçün xüsusi proqramlar, həmçinin bu sahədə normativ və institusional tənzimlənmə nəzərdə tutulur. Biz elə etməliyik ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri insanlığa xidmət etsin, gələcəkdə təhdid mənbəyinə çevrilməsin", - o, qeyd edib.