Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hiddink yenidən milli komandada

Hiddink yenidən milli komandada

Tarix: 23 Avqust 2020 16:22

Niderland millisinin sabiq çalışdırıcısı Qus Hiddinkin yeni işi yeri müəyyənləşib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis Kurasao millisini çalışdıracaq. Tərəflər DÇ-2022-yə kimi müqavilə bağlayıblar.

Cəmi 160 min əhalisi olan Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Ölkənin Futbol Federasiyası 2011-ci ildə FİFA-ya üzv olub. Kurasao millisi KONKAKAF konfederasiyasının da üzvüdür.

Xatırladaq ki, Hiddink son olaraq Çinin gənclərdən ibarət yığma komandasını çalışdırıb.


Etiketlər:  Hiddink yenidən milli komandada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ