Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur vokalçı Eldar Əliyev son mənzilə yola salınıb - FOTO

Məşhur vokalçı Eldar Əliyev son mənzilə yola salınıb - FOTO

Tarix: 23 Avqust 2020 20:26

İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mədəniyyət Nazirliyindən Sonxeber.net-a bildiriblər ki, dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Vətənə gətirilib.

Vida mərasimində Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak ediblər.


Etiketlər:  Məşhur vokalçı Eldar Əliyev mənzilə yola salınıb FOTO


RƏYLƏR