Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 22:12
Çində fəaliyyət göstərən Amerika şirkətlərinin 80%-dən çoxu hesab edir ki, bu ölkə onların bazarı üçün vacib və ya prioritetdir. Amerika kompaniyalarının 75%-i deyib ki, onlar Çin bazarında, ya mövcud həcmi saxlayacaqlar ya da investisiyaların həcmini artıracaqlar. Bu haqda araşdırma isə ABŞ-Çin Ticarət Komitəsi tərəfindən aparılıb.
Məsələni isə Çinin Ticarət naziri Çjun Şan şərh edib və bildirib ki, bir çox amerikalı siyasətçilərin şirkətlərin bu bazardan kapital və istehsalının geri çəkilməsi ilə bağlı çağırışlar etsə də, ağıllı biznesmenlər Çin bazarını tərk etmirlər.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, təkcə, iyulda Çində əsas xarici investisiyaların həcmi 63,47 milyard yuan olub və bu rəqəm 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 15,8% artıb. Çin tərəfindən cəlb edilən xarici investisiyaların həcmi artıq dördüncü aydır ki, ardıcıl olaraq artmaqdadır.
Xarici kapitalın iştirakı ilə bir sıra vacib layihələrin icrası sürətlənir. Yeni layihələrin həyata keçirilməsində bu cür transmilli şirkətlər iştirak edir. Exxon Mobil, BMW, Toyota və s. Araşdırmada qeyd olunur ki, Çində xarici biznes üçün xeyli imkanlar var.
Bu gün Çin xidmət, xüsusilə də maliyyə sektorunda açıqlığı aktiv olaraq həyata keçirir. Son zamanlar investisiya mühitinin yaxşılaşdırılması üçün çox iş görülmüşdür. Keçən il qəbul edilmiş xarici sərmayə haqqında Çin qanunda bazara çıxışın bütün təfərrüatları açıq şəkildə ifadə edilib. Və qanun da investisiya siyasətinin şəffaflığını təmin edir.
Bu yaxınlarda isə Çinin Dövlət Şurası Aparatı xarici ticarəti və xarici investisiyaları dəstəkləmək üçün 15 əlavə tədbir həyata keçirib. Məsələn, xarici kapitalın iştirakı ilə vacib müəssisələrə maliyyə dəstəyi veriləcək. Mühüm investisiya layihələrinə xidmət yaxşılaşdırılacaq.
Pekinin ardıcıl siyasəti göstərir ki, uzunmüddətli perspektivdə Çin bazarına xarici investisiyaların həcmi sadəcə artacaq. Bu isə investorların Çin bazarına olan inamını artırmaqdadır.
Qeyd edək ki, Çində biznes qurmaq istəyən xarici şirkətlər bu ölkənin şirkətlərdən biri ilə ortaq (joint venture) olmalıdır.