Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 237 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 237 min nəfəri ötüb

Tarix: 23 Avqust 2020 22:52

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 121 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 217 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 258 249 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 795 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 237 165 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ