Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Laura" tropik fırtınası səbəbindən 1 milyondan çox Dominikalı işıqsız qalıb

Tarix: 24 Avqust 2020 08:24

Bakı. Trend:

Avqustun 22-dən 23-nə keçən gecə Dominikan Respublikası ərazisindən "Laura" tropik fırtınası keçib.

Trend-in məlumatına görə, bu barədə "El Nacional" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində 1,1 milyona yaxın insanın yaşadığı rayonunlar işıqsız qalıb.

Hazırda mütəxəssislər elektrik təchizatını bərpa edirlər. Qeyd olunub ki, hakimiyyət ölkənin paytaxtı - Santo Domingo şəhərinin yaxınlığında leysan yağışlara görə bir evin çökməsi nəticəsində ən azı iki nəfərin öldüyünü təsdiqləyib.


Etiketlər:  Laura tropik fırtınası səbəbindən 1 milyondan çox Dominikalı işıqsız qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ