Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sənədlərlə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət”lərdə həyata keçiriləcək

Bu sənədlərlə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət”lərdə həyata keçiriləcək

Tarix: 24 Avqust 2020 12:44

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2020-ci il tarixli Fərmanına əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin (viza müddəti və ya 90 gün vizasız qaydada olma müddəti) uzadılması, Vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma, Miqrasiya Xidmətinin fəalliyyət istiqamətləri üzrə arayışların (olduğu yer üzrə qeydiyyata alınmasına dair, müraciətlərin icrada olmasına dair və s.) verilməsi ilə bağlı müraciətlərin qəbulu ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

“ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrinə müraciət edilə bilər.


Etiketlər:  sənədlərlə bağlı müraciətlərin qəbulu bütün ASAN xidmətlərdə həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ