Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 17:18
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında bu gün növbəti telefon danışığı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı S.Qafarova qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə M.Şentopu və bütün Türk xalqını təbrik edib:
"Telefon danışığı zamanı qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə Mustafa bəyi və onun simasında bütün Türk xalqını həm öz adımdan, həm də Milli Məclisin bütün üzvləri adından təbrik etdim".