Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolt koronavirusa yoluxdu

Bolt koronavirusa yoluxdu

Tarix: 24 Avqust 2020 20:12

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusa yoluxub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, yamaykalı idmançının koronavirus testi müsbət çıxıb. Onun hazırda karantində olduğu bildirilib. 34 yaşlı sprinterdə virusun əlamətlərinin olub-olmadığı məlum deyil.

Xəbərdə Boltun avqustun 21-də 34 yaşı tamam olması münasibətilə ziyafət təşkil etdiyi vurğulanıb. Ziyafətdə "Mançester Siti"dən  Rahim Sterlinq və "Bayer"dən Leon Beyli də iştirak edib. Ziyafətdə olan bütün şəxslərin koronavirus testindən keçəcəyi qeyd olunub.

 

 


Etiketlər:  Bolt koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ