Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 11:50
Hücumçu Luis Suares "Barselona"dan ayrılmaq istəmir.
Qol.az xəbər verir ki, bu barədə "Sky Sport İtalia"nın jurnalisti Qianluka Di Marzionun saytında məlumat yayılıb. Bildirilib ki, Kataloniya təmsilçində ilinə 25 milyon avro qazanan uruqvaylı oyunçu yüksək maaşına görə klubla müqaviləsini ləğv etməyi düşünmür.
33 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, klubun yeni baş məşqçisi Ronald Kuman Suaresə zəng vuraraq, onu növbəyi mövsüm komandada düşünmədiyini bildirib.
Xatırladaq ki, Luislə "Ayaks"ın maraqlandığı iddia olunur. Klubun ona vergilər çıxmaq şərti ilə ilinə 3 milyon avro təklif etdiyi bildirilir.