Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 16:34
Bakı. Ceyhun Ələkbərov - Trend:
Braziliyanın paytaxt yollarının birində Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı bilbord quraşdırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bildirib. Onun sözlərinə görə, sözügedən yol paytaxtın ən işlək yollarındadır:
"Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır! Braziliyanın paytaxtının ən məşğul, hava limanına gedən yol zolağında belə bir yazı. Gələn də görür gedən də. Braziliyada 100 mindən artıq erməni cəmi 5 azərbaycanlı yaşayır! Amma biz burdayıq"!