Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüter avadanlıqlarının istehsalı 43% artıb - AZƏRBAYCANDA

Kompüter avadanlıqlarının istehsalı 43% artıb - AZƏRBAYCANDA

Tarix: 25 Avqust 2020 23:04

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,8%, elektrik avadanlıqlarının istehsalında isə 5,1% artıb.

Hesabat dövründə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,3 dəfə, 1 000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə artıb.


Etiketlər:  Kompüter avadanlıqlarının istehsalı artıb AZƏRBAYCANDA


RƏYLƏR