Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 09:09
Bakı. Trend:
Bakıda qapı-pəncərə sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb.
Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin