Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 15:48
İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil. Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.
Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.
Qeyd edək ki, bundan əvvəl millimizin və Almaniyanın "Erzgebirge” (Aue) klubunun futbolçu Dmitri Nazarov eyni səbəbdən yığmamızın təlim-məşq toplanışında iştirakdan imtina edib.