Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu saatlarda yatmaq ölüm riskini artırır

Bu saatlarda yatmaq ölüm riskini artırır

Tarix: 27 Avqust 2020 21:27

Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.

Belə ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.

Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.

Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski arasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.


Etiketlər:  saatlarda yatmaq ölüm riskini artırır


RƏYLƏR