Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionist: ''Epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir''

Baş infeksionist: ''Epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir''

Tarix: 28 Avqust 2020 03:30

Koronavirus epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir.

Sonxeber.net bildirir ki, bunu "ölkə.az"a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, epidemiyanın davam etdiyi dövrdə insanların çox  toplaşması xəstəliyin yayılmasına təkan verir.  "Ona görə də  yeni dərs ilinin başlaması bir qədər  mürəkkəb bir prosesdir. Çünki məktəblər insanlaırn ketləvi şəkildə toplaşdığı bir məkandır. Təbii ki, vəziyyət Təhsil Nazirliyi tərəfindən öyrənilir və bu istiqamətdə işlər gedir"- C.İsayev bildirib.

O əlavə edib ki, hələ yeni dərs ilinin başlamasına 20 gün var: "Bu dövrdə epidemiyanın necə inkişaf etməsi, onun hansı dinamikanı göstərməsini öyrəndikdən sonra konkret qərar qəbul olunacaqdır: "Bütün hallarda vəziyyət öyrənildikdən sonra  vəziyyətə uyğun olaraq dərs ilinin hansı formada başlaması ilə bağlı konkret qərar Operativ Qərargah tərəfindən veriləcək". (ölkə.az)


Etiketlər:  Baş infeksionist Epidemiyası davam etdiyi dövrdə dərslərin başlanması riskli məsələdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ