Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiya dövründə UEFA oyununda bir ilk

Pandemiya dövründə UEFA oyununda bir ilk

Tarix: 28 Avqust 2020 11:24

“Bavariya” (Almaniya) və “Sevilya” (İspaniya) arasında Budepeştdə keçiriləcək Avropa superkubokunun oyununu 20 min 100 azarkeş tribunadan izləyə biləcək.

Qol.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bu, koronavirus pandemiyası dövründə UEFA bayrağı altında keçirilən matça azarkeşlərin buraxılacağı ilk görüş olacaq. Qarşılaşmanın keçiriləcəyi “Ferens Puşkaş” stadionunun 67 min tamaşaçı tutumu var. UEFA-nın qərarına əsasən, görüşə arenanın tutumunun 30 faizə qədər fanat buraxılacaq. Klubların hər biri azarkeşlərinə satmaq üçün UEFA-dan 3 min bilet alacaq. Digər 14 min 10 bilet isə satışa çıxarılacaq.

 


Etiketlər:  Pandemiya dövründə UEFA oyununda bir ilk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ