Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın potensial rəqibləri – Onlar bu mərhələyə necə gəldilər?

“Qarabağ”ın potensial rəqibləri – Onlar bu mərhələyə necə gəldilər?

Tarix: 28 Avqust 2020 13:00

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında üçüncü təsnifat mərhələyə adlayan “Qarabağ” avqustun 31-də keçiriləcək püşkatmada “səpələnmişlər” səbətində yer alacaq. Bu, nisbətən güclü komandaların qrupu sayılır.

Düzdür, Ağdam klubu əvvəlcə “səpələnməmişlər” səbətində reytinqinə görə ən güclü komanda kimi qərarlaşmışdı. Amma “səpələnmişlər”dən “Ludoqorets” (Bolqarıstan) və “Seltik” (Şotlandiya) ikinci mərhələdə uduzduğundan onları həmin səbətdə “Qarabağ” və “Makkabi” (Tel-Əviv) əvəz etdi.

Artıq “Qarabağ”ın üçüncü mərhələdəki potensial rəqibləri bəllidir. “Səpələnməmişlər” səbətində yer alan bu beş komandadan biri “Qarabağ”a rəqib olacaq:

“Molde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)

Bəs, bu komandalar Avropada 2020/21 mövsümünə necə başlayıblar?

“Molde”

Son Norveç çempionu ÇL-də ilk mərhələdə “Kuopio”ya (Finlandiya) evdə 5:0, ikinci mərhələdə isə səfərdə “Tsele”yə (Sloveniya) 2:1 hesabı ilə qalib gəlib. Hazırda davam edən ölkə çempionatında 16 turdan 34 xalla ikinci yeri tutur. Onlar 15 matçda 41 xal toplayan lider “Bodoe”dən 7 xal geri qalır.

“Midtüllann”

Potensial rəqiblərdən yalnız “Midtüllann” turnirə ikinci mərhələdən qoşulub. Son Danimarka çempionu səfərdə güclü “Lodoqorets”ə qalib gəlməyi (1:0) bacarıb.

“Ferensvaroş”

Budapeşt təmsilçisi ilk mərhələdə evdə İsveçin “Yurqorden” komandasını məğlubiyyətə uğradıb – 2:0. İkinci mərhələdə isə macarlar Şotlandiyada “Seltik” üzərində sensasiyalı qələbə qazanaraq (2:1) növbəti raunda yüksəliblər.

“Omoniya”

Son Kipr çempionu Avropada məşhur olmasa da, “Qarabağ”ın bu ölkənin tanınmış APOEL klubuna qarşı matçlarda uğursuzluqlarını unutmamalıyıq. Bəlkə də “Omoniya” potensial rəqiblər sırasında ən münasiblərdən hesab edilə bilər. Amma ÇL-də uğurlu başlanğıc kiprliləri ciddiyə almağı əsas verir. Onların ilk mərhələdə Ermənistanda “Ararat-Armenia” üzərində qələbəsi (1:0) təəccüblü görünməyə bilər. Amma kiprlilərin səfərdə “Legiya”nı (Polşa) udaraq (2:0, hər iki qol əlavə vaxtda vurulub) üçüncü mərhələyə yüksəlməsi ən azı bu komandaya ehtiyatla yanaşmağın vacibliyini sübut edir.

“Dinamo”

Brest təmsilçisi Belarusun son çempionudur. Hazırda ölkədə davam edən yerli liqada onların durumu yaxşı deyil. Komanda 20 turdan 29 xalla 10-cu yeri tutur. Onların yeni mövsüm avrokuboklara vəsiqə qazanmamaq riski yüksəkdir. Bununla belə, “Dinamo” Çempionlar Liqasının ilk mərhələsində hazırda bir xeyli zəifləyən “Astana”nı öz meydanında 6:3 hesabı ilə məğub edib, növbəti oyunda isə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya qalib gəlib (2:1).

Qol.az

 


Etiketlər:  Qarabağın potensial rəqibləri Onlar mərhələyə necə gəldilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ