Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspertdən TƏKLİF: Bu şəhər və rayonlarda dərslər...

Ekspertdən TƏKLİF: Bu şəhər və rayonlarda dərslər...

Tarix: 28 Avqust 2020 14:50

"Yeni təhsil ili bağlı dünən Təhsil Naziri tərəfindən açıqlanan proqram əsasən dərslərin keçirilmə vaxtını əks etdirir. 

Bunu Sonxeber.net-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, xüsusi karantin rejimi elan olunmayan şəhər və rayonlarda dərslərin ənənəvi qaydada keçirilməsi daha məqsədəuyğun olardı:

"Dərslərin ənənəvi qaydada başlaması ibtidai siniflər üçün nəzərdə tutulur, bir də bağçalar və məktəbəqədər hazırlıqlar üçün. Yuxarı siniflər və ali təhsil müəssisələrində hələ ki dərslərin distant formada keçirilməsi zəruri hesab olunur. Amma təbii ki, bunlar pandemiya vəziyyətinin, karantin rejiminin daha da sərtləşdirilməsindən və ya yumşaldılmasından asılı olaraq veriləcək bir qərar olacaq. 

Dərslərin ənənəvi qaydada başlaması daha məqsədəuyğun hesab olunmalıdır. Çünki distant formada təhsil bizdə təhsil alanlara imkan yaratmır ki, onlar müəyyən mövzuları rahat öyrənə bilsinlər.

Təklif budur ki, xüsusi karantin rejimi elan olunmayan şəhər və rayonlarda dərslər ənənəvi qaydada keçirilsin. Xüsusi karantin rejimi elan olunmuş şəhər və rayonlarda isə dərslər ənənəvi qaydada keçirilib, xüsusi qaydaya riayət olunmaqla tədris olunsun. Xüsusi karantin rejimi elan olunmuş şəhər və rayonlarda əgər hər hansı bir şagirddə, tələbədə və yaxud da müəllimdə yoluxma faktı aşkarlanarsa, onlara yalnız distant formada təhsilin tədrisi nəzərdə tutula bilər. 

Digər br təklifimiz ondan ibarətdir ki, xüsusi karantin rejimi elan olunmayan ərazilərdə ümumiyyətlə ənənəvi qaydada dərslər xüsusi şərtlər daxilində başlanılsın və xüsusi karantin rejimi elan olunmuş, hansı ki, həmin ərazilərdə internet təminatı daha yüksəkdir, o ərazilərdə müəyyən vaxt ərzində dinstant təhsili davam etdirmək mümkün ola bilərdi. Dünənki verilən qərarlarda da çatışmayan nüanslar var idi. Qarşıdakı vaxtda ümumi yoluxma halı aşağı düşərsə, yəqin ki, yenidən baxılıb daha münasib bir qərar veriləcək.

Xüsusi bir nüansı da qeyd etmək istəyirəm. Bilirsiniz ki, tələbələrin təhsil haqqları ilə bağlı fikirlər səsləndirilsə də, güzəştlərin olmaması qeyd olundu. Amma biz nəzərə alsaq ki, 5-6 ay ərzində karantin rejimi elan olunub, işləməyən əhali var və onların təhsil haqqlarını ödəmək üçün imkanları ideal deyil. Yəni, müəyyən qədər ödənişli əsaslarla oxuyan tələbələrin universitetlər tərəfindən təhsil haqlarında müəyyən endirimlərin olması mütləq, zəruridir".

Təhməz Əsədov


Etiketlər:  Ekspertdən TƏKLİF şəhər rayonlarda dərslər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ