Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 20:18
"Atletiko" futbolçusu Dieqo Kostanı satmaq istəyir.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 31 yaşlı hücumçunu İtaliya, Fransa və Türkiyə klublarına transfer etməyi təklif edib. Ancaq hələ heç kim Kostanı almağı planlaşdırmır.
İspan oyunçunun "Atletiko" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatdığı üçün klub onu azad agent olmadan satmaq istəyir.
Qeyd edək ki, Kosta ötən mövsüm La Liqada 23 matçda 5 qol vurub, 4 qolun ötürməsini verib.